22:21 28-12-2020
news_image
164
FUTBOL

“Eybar”la oyuna hazırdır – Dembele

İspaniyanın “Barselona” klubunun hücumçusu Usman Dembele komandasına kömək etməyə hazırdır.

Apasport.az saytının məlumatına görə, bunu kataloniyalıların baş məşqçisi Ronald Kuman deyib.

Niderlandlı mütəxəssis bildirib ki, ulduz futbolçu La Liqanın XVI turunda “Eybar”la sabah keçiriləcək görüşdə iştirak edə bilər: “Dembele dekabrın 20-dən məşqlərə başlayıb. Özünü çox yaxşı göstərir. Onu “Eybar”la qarşılaşmanın iştirak ərizəsinə əlavə etməyi düşünürəm”.

Qeyd edək ki, Usman Dembele zədə səbəbindən “Barselona”nın son 5 matçını buraxıb. Komandanın kapitanı Lionel Messi ölkəsində istirahət etdiyi üçün sabahkı görüşdə iştirak etməyəcək.