
Qarşıdan gələn 2021-ci il şərq təqviminə əsasən öküz ili üstündə təhvil olacaq.
Apasport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasında mövsümün arxada qalan hissəsində meydana çıxan 17 futbolçu üçün yeni il əlamətdardır.
Çünki öküz ilində anadan olan həmin oyunçular eyni heyvanın təcəssüm olunan ildə mübarizə aparacaq. Bunlar 1985 və 1997-ci il təvəllüdlü futbolçulardır.
24 və 36 yaşını tamamlayacaq belə oyunçulara “Səbail”dən başqa bütün klublarda rast gəlmək mümkündür.
“Keşlə”: Kamal Bayramov, Ruslan Əmircanov, Rail Məlikov
“Neftçi”: Cabir Əmirli, Mamadu Kane
“Qarabağ”: Mahir Emreli, Ovusu Kvabena
“Qəbələ”: Anar Nəzirov, Roman Hüseynov, Stefan Vukçeviç, Ülvi İsgəndərov, Yusif Nəbiyev
“Sabah”: Bəhlul Mustafazadə, Saşa Stamenkoviç
“Sumqayıt”: Eltun Turabov, Xəyal Nəcəfov
“Zirə”: Sərtan Taşkın