09:10 29-12-2020
news_image
88
FUTBOL

Koronavirus dönəmində 500 nəfərə qonaqlıq verdi - Neymar

Fransanın PSJ klubunun hücumçusu Neymar növbəti dəfə gündəmə gəlib.

Apasport.az saytının məlumatına görə, Braziliya millisinin üzvü bu dəfə yeni il şənliyi təşkil etdiyi üçün tənqid hədəfinə çevrilib.

Braziliyanın koronavirus pandemiyasının ən çox yayıldığı və ölüm hadisəsinin ən çox olduğu ölkələr sırasında olmasına baxmayaraq, 28 yaşlı forvardın Rio de Janeyro yaxınlığındakı lüks villasında yeni il gecəsi təşkil etdiyi və bunun bir həftə davam edəcəyi bildirilib. Hətta artıq 500 nəfərə qonaqlıq verildiyi vurğulanıb. Qeyd olunur ki, qonaqların telefonları çəkiliş etməmələri üçün villaya girməzdən əvvəl toplanır.

Bir neçə müğənni də tədbirə qatılır, musiqilər oxuyur. Hətta yaranan səs-küyün qonşuların narazılığına səbəb olduğu bildirilir.

Qeyd edək ki, Neymar dekabrın 13-də Liqa1-də “Lion”la keçirilən matçda zədələnib.