09:33 29-12-2020
news_image
78
FUTBOL

“Arsenal” hücumçu alır – “Norviç”dən

İngiltərənin “Arsenal” klubu hücumçu transfer edir.

Apasport.az saytının məlumatına görə, London təmsilçisi “Norviç”in forvardı Emiliano Buendiyanın keçidini razılaşdırıb.

24 yaşlı argentinalı qış transfer dövründə paytaxt təmsilçisinə keçəcək. Bu transfer üçün “Arsenal” 15 milyon funt sterlinq ödəyəcək.

Qeyd edək ki, Buendiya cari mövsüm 17 oyunda 6 qol vurub.