09:45 29-12-2020
news_image
209
FUTBOL

İlk ayrılıq – “Sabah”da

“Sabah” klubunda ilk ayrılıq baş tutub.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Yevgeni Koçukla yollar ayrılıb.

27 yaşlı orta sahə oyunçusunun mövsümün sonuna qədər olan müqaviləsinə artıq xitam verilib. Koçuk özü ayrılmaq üçün rəhbərliyə müraciət edib və tərəflər qarşılıqlı razılıqla vidalaşıblar.

Qeyd edək ki, Yevgeni Koçuk “Sabah”a bu ilin yanvarında "Səbail"dən keçib. Moldova millisinin üzvü cari mövsüm Premyer Liqada 8 oyun keçirib.