10:07 29-12-2020
news_image
151
FUTBOL

Transfer edə bilməyəcək – Premyer Liqa klubu

İngiltərənin “Nyukasl” klubu qış transfer dövründə yeni futbolçu almayacaq.

Apasport.az saytının məlumatına görə, buna Premyer Liqa təmsilçisinin maliyyə durumu imkan vermir.

Nyukasl klubu heyətindəki problemlərin həlli üçün bir neçə oyunçu almaq arzusundadır. Amma ingiltərəlilər transferlərin reallaşması üçün vəsait tapa bilmir.

Qeyd edək ki, Premyer Liqanın turnir cədvəlində 14-cü olan “Nyukasl” səhhətində problemlər yaranan iki liderinin – Allan Sen-Maksimenlə Rayan Freyzerin xidmətindən məhrumdur.