11:23 29-12-2020
news_image
118
FUTBOL

Polşalı hücumçunu istəyir – “Atletiko”

İtaliyanın “Napoli” klubunun futbolçusu Arkadiuş Milik daha bir komandanın transfer hədəfinə çevrilib.

Apasport.az saytının məlumatına görə, İspaniya “Atletiko”su polşalı hücumçunu heyətində görmək istəyir.

Madridlilər forvardın keçidini qış transfer dövründə gerçəkləşdirmək fikrindədir. Polşa millisinin üzvü hücum xəttində Dieqo Kostanı əvəz etməlidir.

Qeyd edək ki, neapolluların cari mövsüm üçün iştirak ərizəsinə salmadığı hücumçu “Yuventus”un da maraq dairəsindədir.