11:56 29-12-2020
news_image
119
FUTBOL

“Qalatasaray”a keçir – millimizdən imtina edən futbolçu

Qış fasiləsində heyətini gücləndirməyə çalışan Türkiyənin “Qalatasaray” klubu 2 yerli futbolçuya maraq göstərir.

Apasport.az saytının məlumatına görə, “Kasımpaşa”nın yarımmüdafiəçisi Aytaç Kara ilə anlaşmağa yaxın olan “cim-bom” daha bir keçidə hazırlaşır.

Orta sahəni genişləndirmək istəyən baş məşqçi Fatih Terim indi də “Kayserispor”dan yenicə qovulan Hasan Hüseyin Acarın xidmətində maraqlıdır. Transfer vərəqəsi əlində olan 26 yaşlı oyunçu ilə məvacibdə anlaşma əldə edilərsə, tezliklə münasibətlər rəsmiləşdiriləcək.

Qeyd edək ki, Hasan Hüseyin Acar bu ilin mayında Azərbaycan millisində oynamaq üçün AFFA-dan təklif aldığını, lakin Türkiyə yığmasında çıxış etmək arzusuna görə, bundan imtina etdiyini açıqlamışdı.