12:46 29-12-2020
news_image
176
FUTBOL

İtaliyaya köçə bilər - Vilfred Zaha

İngiltərənin “Kristal Pelas” klubunun hücumçusu Vilfred Zaha ilk dəfə bu ölkədən kənarda çıxış edə bilər.

Apasport.az saytının məlumatına görə, 28 yaşlı forvardın İtaliyaya köçmək variantı yaranıb.

Çünki “Milan” Fil Dişi Sahili millisinin üzvünün transferində maraqlıdır. Əsas qolçu Zlatan İbrahimoviçin yaşının çox olmasını və zədələnməsini nəzərə alan “rossonyerlər” yanvarda Sahanı heyətinə cəlb etmək niyyətindədir. Futbolçu həmçinin PSJ və Dortmund “Borussiya”sının gündəmindədir.

Qeyd edək ki, “Kristal Pelas”ın yetirməsi olan Vilfred Zaha həmçinin “Mançester Yunayted” və “Kardiff”də də çıxış edib.