12:43 29-12-2020
news_image
90
FUTBOL

Texniki məğlubiyyət verilməyəcək – “Mançester Siti”yə

İngiltərə Liqa Kubokunun yarımfinal mərhələsində “Mançester Siti”yə texniki məğlubiyyət verilməyəcək.

Apasport.az saytının məlumatına görə, koronavirusa yoluxma üzündən “Mançester Yunayted”lə oyuna çıxması sual altına düşən “şəhərlilər”in matçı başqa vaxta keçiriləcək.

Bu, yarışın əsasnaməsində əksini tapıb. Belə ki, yarımfinal oyununun keçirilməsi mümkün deyilsə, qarşılaşma başqa vaxta təxirə salınmalıdır.

Hərçənd bu qayda əvvəlki mərhələlər üçün fərqlidir. Sentyabrda keçirilən 3-cü mərhələnin qarşılaşmasında “Leyton Oriyent” texniki məğlubiyyətlə üzləşib. 17 üzvü koronavirusa yoluxan komanda “Tottenhem”lə görüşə çıxa bilməyib.

Qeyd edək ki, 5 futbolçu və 2 klub əməkdaşı koronavirusa yoluxan “Mançester Siti”nin “Everton”la Premyer Liqadakı matçı baş tutmayıb.