13:37 29-12-2020
news_image
87
FUTBOL

Seçimini etdi – İsko

İspaniyanın “Real” klubunun futbolçusu İsko gələcək karyerası ilə bağlı seçimini edib.

Apasport.az saytının məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi mövsümün sonunda “Sevilya”ya keçməyə qərar verib.

İsko Xulen Lopeteqinin rəhbərliyi altında oynamaq niyyətindədir. “Real” da futbolçusunu yayda buraxmağa hazırdır. Amma madridlilər bu transferdən 15-20 milyon avro qazanmağı planlaşdırır.

Qeyd edək ki, cari mövsümdə 13 matçda meydana çıxan yarımmüdafiəçi 1 qol vurub. Onun müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.