14:24 29-12-2020
news_image
89
FUTBOL

Təzminat ödəməyə razılaşdı - “Fənərbaxça”

Türkiyənin “Fənərbaxça” klubu sabiq futbolçusu Maks Kruze ilə problemini yoluna qoyub.

Apasport.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, Almaniya millisinin keçmiş hücumçusu ilə xitam verilən müqavilədəki anlaşılmazlıq aradan qaldırılıb. Mövsümün əvvəlində ölkəsinə qayıdan 32 yaşlı oyunçu 7,5 milyon avroluq təzminat tələb edirdi. Tərəflər maliyyə məsələsində, nəhayət ki, ortaq məxrəcə gələ biliblər. “Sarı-lacivərdlilər” Kruza təzminat haqqı ödəməyə razılıq verib.

Qeyd edək ki, Maks Kruze “Fənərbaxça”dan ayrıldıqdan sonra Bundesliqa təmsilçisi “Union”a keçib.