
22:55
"Qarabağ"ın qış hazırlıq planı məlum olub.
Apasport.az klubun feysbuk səhifəsinə istinadən məlumat verir ki, Ağdam təmsilçisi Azərbaycan Premyer Liqasının XIV turunda qarşılaşacağı "Sabah"la matçın hazırlıqlarına yanvarın 8-i bazasında start verəcək.
Komanda qış fasiləsində bir yoxlama oyunu keçirəcək və yanvarın 14-də "Zirə"ylə qarşılaşacaq.
Qeyd edək ki, "Sabah" - "Qarabağ" matçı yanvarın 21-də keçiriləcək.