16:39 29-12-2020
news_image
95
FUTBOL

Müqaviləyə xitam verildi – Dieqo Kosta ilə

İspaniyanın “Atletiko” klubu Dieqo Kosta ilə yollarını ayırıb.

Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi ilə 32 yaşlı hücumçu arasında müqaviləyə xitam verilib.

Bu, Kostanın xahişi əsasında gerçəkləşib. O, şəxsi səbəblərdən klubdan ayrılmaq istəyib.

Qeyd edək ki, Dieqo “Atletiko”da keçirdiyi 215 rəsmi oyunda 83 qol vurub.