17:19 29-12-2020
news_image
117
FUTBOL

18 yoluxma – Premyer Liqada

İngiltərə Premyer Liqasında ötən həftə keçirilən koronavirus testlərinin nəticələri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, bu müddətdə 1479 futbolçu və klub əməkdaşı müayinə olunub.

Onlardan 18-də koronavirusa yoluxma aşkarlanıb. Həmin şəxslərin hamısı karantinə alınıb. Bundan əvvəlki həftədə cəmi 7 yoluxma qeydə alınmışdı.

Qeyd edək ki, koronavirus yoluxmasının tüğyan etdiyi “Mançester Siti”nin Premyer Liqada “Everton”la matçı baş tutmayıb, “Çelsi” və Liqa kubokunun “Mançester Yunayted”lə görüşünün təşkili sual altına düşüb.