17:56 29-12-2020
news_image
175
FUTBOL

“Tottenhem”ə kömək edə bilməyəcək – Beyl

İngiltərənin “Tottenhem” klubunun hücumçusu Qaret Beylin durumuna aydınlıq gəlir.

Apasport.a saytının məlumatına görə, ulduz futbolçu komandanın qarşıdakı oyunlarını buraxmalı olacaq.

İngiltərə liqa kubokunun 1/4 final mərhələsində “Stok Siti” ilə görüşdə zədələnən Uels millisinin üzvü bir neçə həftə kollektivdən ayrı qalacaq. Bunu londonluların baş məşqçisi Joze Mourinyo da təsdiqləyib. Portuqaliyalı mütəxəssis konkret tarix bildirməsə də, Beylin bir müddət kənarda qalacağını deyib.

Qeyd edək ki, “Tottenhem” Qaret Beyli mövsümün əvvəlində İspaniya “Real”ından birillik icarəyə götürüb.