22:36 29-12-2020
news_image
90
FUTBOL

Premyer Liqanın daha bir oyunu təhlükədə - koronavirusa görə

İngiltərə Premyer Liqasının daha bir oyununun keçirilməsi təhlükə altına düşüb.

Apasport.az saytının məlumatına görə, XVI turun “Tottenhem” – “Fulhem” görüşü də keçirilməyə bilər.

Buna səbəb koronavirus pandemiyasıdır. “Fulhem”in bir neçə əməkdaşının testi müsbət nəticə verib. Bu səbəbdən də dekabrın 30-da keçirilməli olan görüşün təxirə salınacağı gözlənilir.

Qeyd edək ki, “Mançester Siti”nin Premyer Liqada “Everton”la görüşü baş tutmayıb, “Çelsi” ilə matçının keçirilməsi isə sual altındadır.