
17:18
Monteneqro milli komandasının baş məşqçisi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, yığmanın “sükanı arxası”na Miodraq Raduloviç keçib.
53 yaşlı mütəxəssislə müqavilə 2021-ci ilin əvvəlində imzalanacaq. Anlaşma 2021-ci ilin sonunadək nəzərdə tutulub. Livan, Myanma millisi, “Buduçnost” və “Atlrau” klublarını çalışdırmış Raduloviç baş məşqçi postunda Faruk Hadzibeqiçi əvəzləyib.
Qeyd edək ki, Monteneqro Millətlər Liqasında Azərbaycan yığmasının rəqibi olub. Balkanlılar C liqasının 1-ci qrupunun qalibi olaraq B liqasına yüksəlib.