09:14 30-12-2020
news_image
235
FUTBOL

Son 17 ilin ən uğursuzu - “Barselona”

İspaniya La Liqasının XVI turunda “Eybar”la qarşılaşan “Barselona” rəqibi ilə heç-heçə edib – 1:1.

Apasport.az saytının məlumatına görə, 15 oyunda 25 xal toplayan kataloniyalılar turnir cədvəlinin 6-cl pilləsində qərarlaşıb.

Bu, son 17 ilin ən uğursuz göstəricisidir. Komanda axırıncı dəfə 2003/04 mövsümündə Frank Raykardın rəhbərliyi altında keçirdiyi 14 görüşdə 20 xal toplamışdı. Həmin tarixdən bəri “Barsa” mövsümə ən uğursuz startını götürüb.

Qeyd edək ki, “Barselona” 2003/04 mövsümnü 72 xalla ikinci pillədə tamamlayıb.