09:42 30-12-2020
news_image
170
FUTBOL

Premyer Liqa dayandırılmır – testlər artırılır

Koronavirusa yoluxanların sayı artmaqda olan İngiltərə Premyer Liqası dayandırılmayacaq.

Apasport.az saytının məlumatına görə, yarışın rəhbərliyi çempionatı davam etdirməyə üstünlük verib.

Qurum testlərin artırılmasını istəyib. Bundan sonra Premyer Liqa təmsilçiləri həftədə bir deyil iki dəfə test verəcək.

Qeyd edək ki, Premyer Liqada son testlər 18 yoluxmanın aşkarlanması ilə nəticələnib.