
00:28
Fransa Liqa1-də 2020-ci ilin simvolik komandası müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, “L'Equipe” nəşri ən yaxşı 11 futbolçunun adını açıqlayıb.
Maraqlıdır ki, rəmzi komandada cəmi 4 klub təmsil olunub. Son çempion PSJ-nin 8 futbolçusu “11-liy”ə düşüb. Digər 3 yeri isə “Lill”, “Renn” və “Monako”nun oyunçusu tutub. “Lill”in heyətində çıxış edən türkiyəli müdafiəçi Zəki Çelik də rəmzi komandaya düşüb.
Liqa1-də ilin komandası:
Qapıçı: Keylor Navas (PSJ
Müdafiəçilər: Markinyoş, Presnel Kimpembe, Xuan Bernat (hamısı PSJ), Zəki Çelik (“Lill”)
Yarımmüdafiəçilər: Marko Verratti (PSJ), Eduardo Kamavinqa (“Renn”)
Hücumçular: Neymar, Anxel Di Mariya, Kilian Mbappe (hamısı PSJ), Vissam Ben Yedder (“Monako”).