10:51 30-12-2020
news_image
1267
FUTBOL

Ceyhun Sultanov “Keşlə”yə aparır - “Neftçi”nin legionerini

Qış fasiləsində “Neftçi”dən ayrılması gözlənilən daha bir futbolçunun adına aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, bakılılar hücumçu Prins İbaradan sonra yarımmüdafiəçi Saman Nərimancahanı da yola salmağa hazırlaşır.

Bu ilin əvvəlində İranın "Maşinsazi" klubundan transfer edilən 29 yaşlı orta sahə oyunçusunun cari mövsümdəki çıxışı rəhbərliyi qane etmir. Həmçinin bir müddət əvvəl baş məşqçi təyin olunan Samir Abasov da iranlı oyunçunun xidmətində maraqlı deyil. “Ağ-qaralar” Nərimancahanla mövsümün sonuna qədər olan müqaviləyə xitam verilməsinə çalışır.

Bu baş tutsa belə, futbolçu böyük ehtimalla karyerasını Azərbaycanda davam etdirəcək. Çünki “Keşlə” onu heyətinə cəlb etmək istəyir. Samanın ölkəmizə gəlməsinin əsas səbəbkarı olan “Keşlə”nin idman direktoru Ceyhun Sultanov onu sabiq komandasından gətirməyi planlaşdırır.

Qeyd edək ki, Saman Nərimancahan cari mövsüm Premyer Liqanın 10 matçında ümumilikdə 422 dəqiqə meydanda olub.