10:57 30-12-2020
news_image
240
FUTBOL

Koutinyo fevralın ortalarına qədər oynamayacaq - SƏBƏB

İspaniyanın “Barselona” klubunun futbolçusu Filippe Koutinyonun durumuna aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, La Liqanın “Eybar”la görüşündə (1:1) zədələnən yarımmüdafiəçinin aldığı xəsarət ciddidir.

Həkimlərin İlkin rəyinə əsasən, onun sol ayağının meniski zədələnib. Futbolçunun 4 aya yaxın kənarda qalacağı ehtimal olunur. Ən yaxşı halda isə bu müddət 1-2 ay sürəcək. Bir sözlə, Koutinyonun fevralın ortalarından tez meydana dönməsi inandırıcı deyil. Bu, braziliyalının müayinəsindən sonra dəqiqləşəcək.

Qeyd edək ki, Filippe cari mövsüm 12 oyunda 2 qol vurub.