12:24 30-12-2020
news_image
185
FUTBOL

“Atletiko”nun 15 milyon avroluq şərti – Dieqo Kostaya

İspaniyanın “Atletiko” klubundan dünən ayrılan hücumçu Dieqo Kostanın gələcəyi qeyri-müəyyən olaraq qalır.

Apasport.az saytının məlumatına görə, İspaniya millisinin üzvünün müqaviləsinə xitam verilərkən qarşılıqlı razılaşma olub.

Anlaşmaya əsasən, Kosta bu mövsüm hər hansı bir La Liqa klubuna, həmçinin Çempionlar Liqasında “Atletiko”ya mümkün rəqib olacaq komandalardan birinə keçərsə, madridlilərə 15 milyon avro təzminat öməyəcək. İspaniya klubu əvvəlcə bu məbləğin 25 milyon olmasını istəsə də, sonda endirimə razı olub.

Qeyd edək ki, Dieqo Kosta ilə hazırda İngiltərə, Türkiyə və Braziliya klubları maraqlanırlar.