12:39 30-12-2020
news_image
185
FUTBOL

Özünə yeni klub tapdı – “Real”ın sabiq baş məşqçisi

İspaniyanın “Real” klubunun sabiq baş məşqçisi Santyaqo Solarinin yeni iş yeri məlum olub.

Apasport.az saytının məlumatına görə, mütəxəssis karyerasını Meksikada davam etdirəcək.

44 yaşlı argentinalı “Amerika” klubunun baş məşqçisi təyin olunub. Solari Meksika təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.

2018-ci ilin oktyabrından 2019-cu ilin martınadək “Real”a rəhbərlik edən cənubi amerikalının son iş yeri Madrid təmsilçisi olub. O, “Amerika”da istefaya göndərilən Migel Erreranı əvəzləyib.