12:56 30-12-2020
news_image
1196
FUTBOL

“Müdafiəçilər onu vurmaq istəyir ki, oynaya bilməsin” – Maksim Medvedevin seçimi

“Komandaya böyük faydası var. Təkbətək mübarizələrdə ona qarşı oynamaq çox çətindir”.

Bunu apasport.az saytının Azərbaycanda 2020-ci ilin ən yaxşı futbolçusu sorğusuna cavabında Azərbaycan millisinin və “Qarabağ” klubunun kapitanı Maksim Medvedev deyib.

Komanda yoldaşları arasında seçim edərkən çətinlik çəkən təcrübəli futbolçu sonda üstünlüyü fransalı yarımmüdafiəçi Abdullah Zubirə verib. Maksim Mərakeş əsilli hücumameyilli oyunçunu ilin ən yaxşısı seçməsini bu cür əsaslandırıb: “Çempionatda müdafiəçilərin əksəriyyəti Zubiri vurmaq istəyir ki, oynaya bilməsin. O, əsas heyətdə meydana çıxanda biz də rahat oluruq, bilirik ki, belə bir futbolçumuz var, oyunu üzərinə götürə bilir və heç nədən rəqibə təhlükə yaradır. Rəqib komandalarda hələ Zubir kimi futbolçu görməmişəm”.

Medvedev həm klub, həm də yığmada çiyin-çiyinə çıxış etdiyi futbolçulardan qapıçı Şahrudin Məhəmmədəliyevi ilin ən yaxşı ikinci, yarımmüdafiəçi İsmayıl İbrahimlini isə üçüncü oyunçusu hesab edib.