
14:45
İngiltərə Premyer Liqasının XVI turunda “Bernli”nin qonağı olan “Şeffild Yunayted” 0:1 hesabı ilə məğlub olub.
Apasport.az saytının məlumatına görə, qonaq komandanın hücumçusu Oliver Burke bu görüşdə antirekordla yadda qalıb.
Qarşılaşmanın 63-cü dəqiqəsində meydana daxil olan şotlandiyalı Premyer Liqada keçirdiyi ilk 25 matçının heç birində qələbəyə sevinməyib. Bununla da o, “Tottenhem”in forvardı Qaret Beylin antirekordunu yeniləyib. Beyl 2007/08 və 2008/09 mövsümlərində meydana çıxdığı ilk 24 qarşılaşmada qalibiyyət üzü görməmişdi.
Qeyd edək ki, Premyer Liqada bu mövsüm qələbə qazanmayan yeganə komanda olan “Şeffild Yunayted” 2 xalla sonuncu pillədə qərarlaşıb.