
00:26
İngiltərənin “Liverpul” klubunun yarımmüdafiəçisi Corcinyo Veynaldum karyerasını harada davam etdirəcəyini hələ müəyyənləşdirməyib.
Apasport.az saytının məlumatına görə, Niderland millisinin üzvü seçim qarşısında qalıb.
30 yaşlı orta sahə oyunçusu ya klubu ilə yeni müqavilə imzalayacaq, ya da İspaniya “Barselona”sının təklifini qəbul edəcək. Veynaldum yekun qərarını bu həftə ərzində verəcəyini və “qırmızılar”ı da bu barədə məlumatlandıracağını bildirib. Futbolçu artıq yanvarın 1-dən başqa klubla mövsümün sonu üçün anlaşa bilər.
Qeyd edək ki, Corcinyo Veynaldumun “Liverpul”la müqavilə müddəti mövsümün sonuna qədərdir.