16:02 30-12-2020
news_image
372
FUTBOL

Yeni müqavilə - “Yuventus”da

İtaliyanın “Yuventus” klubu yeni sponsorluq müqaviləsi imzalayıb.

Apasport.az saytının məlumatına görə, Turin təmsilçisi “Jeep” brendinin sahibi “FCA Italy SpA” şirkəti ilə anlaşmanı davam etdirəcək.

Növbəti üç mövsüm üçün nəzərdə tutulan müqavilə 2024-cü ilin yayında başa çatacaq. Klub hər mövsüm 45 milyon avro alacaq. Müəyyən nəticələr qarşılığında əlavə bonuslar da əldə ediləcək.

Qeyd edək ki, “Jeep” 2012-ci ildən “Yuventus”un titul sponsorudur.