14:51 30-12-2020
news_image
689
DİGƏR NÖVLƏR

Medal sayını açıqladı - Gənclər və İdman Nazirliyi

Azərbaycan Gənclər və İdman Nazirliyi (AGİN) 2020-ci ilin hesabatını açıqlayıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın apasport.az saytına verdiyi məlumata görə, il ərzində idmançılarımız müxtəlif idman növləri üzrə Avropa, dünya çempionatı və birinciliklərində, kubok yarışlarında, eləcə də müxtəlif beynəlxalq turnirlərdə, respublika çempionat, kubok və birinciliklərində iştirak edərək medallar qazanıblar.

Təsdiq edilən tədbirlər planına əsasən bu il respublikada fəaliyyət göstərən federasiyalarla birlikdə ölkəmizdə 64 respublika yarışları təşkil olunub, 12 beynəlxalq turnir keçirilib, 68 beynəlxalq yarışlarda yığma komandaların iştirakı təmin edilib. 

Olimpiya və qeyri-olimpiya idman növləri üzrə rəsmi beynəlxalq yarışlarda 60 qızıl, 46 gümüş, 86 bürünc olmaqla, ümumilikdə 192 medal qazanılıb.

Eyni zamanda Tokio Yay Olimpiya Oyunlarında iştirak etmək üçün indiyədək 17 idmançı 13 lisenziya (atletika - 2, atıcılıq - 1, üzgüçülük - 1, güləş - 2, velosiped - 1, bədii gimnastika - 2, idman gimnastikası - 2, taekvondo - 1, boks - 1) əldə edib. Tokio Paralimpiya Oyunlarına isə 9 lisenziya qazanılıb.