16:44 30-12-2020
news_image
351
FUTBOL

“Milan”a təklif olundu – Bernardeski

İtaliyanın “Yuventus” klubunun futbolçusu Federiko Bernardeski karyerasını “Milan”da davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, hücumçunun agenti Mino Rayola forvardın xidmətlərini “rossonyerlər”ə təklif edib.

Turin klubunda oyun praktikası qazanmaqda çətinlik çəkən Federiko klubunu dəyişmək niyyətindədir. AVRO-2020-də çıxış edəcək İtaliya millisinin heyətinə düşməyi arzulayan hücumçu bunun üçün klubunda oynamaq lazım gəldiyi qənaətindədir.

Qeyd edək ki, Bernardeski İngiltərə “Tottenhem”inin də maraq dairəsindədir.