17:19 30-12-2020
news_image
287
FUTBOL

İskoya daha bir müştəri – “Arsenal”

İspaniyanın “Real” klubunu tərk etmək niyyətində olan İsko daha bir klubun transfer siyahısına düşüb.

Apasport.az saytının məlumatına görə, İngiltərə “Arsenal”ı ispan yarımmüdafiəçini heyətinə qatmağı planlaşdırır.

“Topçular” 28 yaşlı futbolçunun icarəyə götürülməyində maraqlıdır. İsko “Sevilya”nın da maraq dairəsindədir.

Qeyd edək ki, yarımmüdafiəçi cari mövsümün 11 matçında meydana çıxıb.