
17:54
Azərbaycan Premyer Liqasının V turundan təxirə salınan “Səbail” – “Qarabağ” matçının tarixi dəyişib.
Apasport.az xəbər verir ki, Peşəkar Futbol Liqası (PFL) rəsmi saytı vasitəsilə görüşün keçiriləcəyi vaxtla bağlı yekun qərarını açıqlayıb.
Qurum oyunun əvvəldən nəzərdə tutulduğu kimi fevralın 8-də deyil, yanvarın 28-də keçiriləcəyini bəyan edib.