22:20 30-12-2020
news_image
76
FUTBOL

Məşqləri bərpa etdi - “Mançester Siti”

İngiltərənin “Mançester Siti” klubu hazırlığı bərpa edib.

Apasport.az saytının məlumatına görə, futbolçuları koronavirusa yoluxduğu üçün məşqləri dayandıran “şəhərlilər” bu gün yenidən bir araya gəlib.

Pep Qvardiolanın komandasında 7 futbolçu koronavirusa yoluxduğu üçün Premyer Liqanın XVI turunda “Everton”la səfər görüşü təxirə salınmışdı. Mançester təmsilçisinin bu üzdən “Çelsi” və “Mançester Yunayted”lə matçı da şübhə altına düşüb. Həmin qarşılaşmaların baş tutması növbəti koronavirus testlərinin nəticəsindən asılı olacaq.

Qeyd edək ki, “Mançester Siti” yanvarın 3-də XVII tur çərçivəsində Londonda “Çelsi”nin qonağı olmalıdır.