00:00 31-12-2020
news_image
99
FUTBOL

Mövsümün ən yaxşılarına namizədlər – A seriyasında

İtaliya A seriyasında 2019/20 mövsümünün ən yaxşıları olmağa namizədlər müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, İtaliya Futbolçular Assosiasiyasının təşkil etdiyi sorğu 7 nominasiya üzrə keçiriləcək.

Meydandakı hər mövqe ilə yanaşı, ən yaxşı baş məşqçi, baş hakim klub da seçiləcək. Səsvermədə A seriyası klublarının oyunçuları, məşqçiləri, hakimləri, həmçinin jurnalistlər iştirak edir.

Ən yaxşı qapıçı: Canluici Donnarumma (“Milan”), Samir Handanoviç (“İnter”), Voyçex Şesnı (“Yuventus”)
Ən yaxşı müdafiəçi: Françesco Açerbi (“Latsio”), Leonardo Bonuççi, Xuan Kuadrado (hər ikisi “Yuventus”), Stefan de Vrey (“İnter”), Covanni di Lorenzo, Kalidu Kulibali (hər ikisi “Napoli”), Teo Ernandes (“Milan”), Hans Hatebur, Robin Qosens (hər ikisi “Atalanta”)
Ən yaxşı yarımmüdafiəçi: Sofyan Amrabat (“Verona” / hazırda “Fiorentina”), Nikolo Barella (“İnter”), Rodriqo Bentankur (“Yuventus”), Miralem Pyaniç (“Yuventus” / hazırda “Barselona”), Alexandro Qomes (“Atalanta”), Manuel Lokatelli (“Sassuolo”), Luis Alberto, Sergey Milinkoviç-Saviç (hər ikisi “Latsio”), Deyan Kulusevski (“Parma” / hazırda “Yuventus”)
Ən yaxşı hücumçu: Zlatan İbrahimoviç (“Milan”), Kriştianu Ronaldo, Paulo Dibala (hər ikisi “Yuventus”), Yosip İliçiç (“Atalanta”), Çiro İmmobile (“Latsio”), Romelu Lukaku (“İnter”)
Ən yaxşı məşqçi: Can Pyero Qasperini (“Atalanta”), Roberto de Zerbi (“Sassuolo”), Simone İnzagi (“Latsio”)
Ən yaxşı klub: “Atalanta”, “Yuventus”, “Latsio”
Ən yaxşı hakim: Canpaolo Kalvareze, Daniele Orsato, Canluka Rokki