22:46 30-12-2020
news_image
93
FUTBOL

Premyer Liqada qadağa – oyunlar azarkeşsiz keçiriləcək

İngiltərə Premyer Liqası iştirakçıları “Liverpul”la “Everton”un ev oyunlarına azarkeşlər buraxılmayacaq.

Apasport.az saytının məlumatına görə, buna səbəb şəhərdə koronavirus pandemiyasının yenidən sürətlə yayılmasıdır.

Böyük Britaniya hökuməti İngiltərədəki yoluxma səviyyəsini yenidən təhlil edib. Məlum olub ki, Liverpul şəhərində bu yoluxma 3-cü səviyyədədir. Bu üzdən “Liverpul”la “Everton”un ev matçlarının boş tribunalar önündə baş tutması qərara alınıb. Ancaq bu qadağa hələlik yalnız növbəti ev oyunu üçün keçərlidir.

Qeyd edək ki, “Liverpul” hazırda 32 xalla turnir cədvəlinə başçılıq edirsə, aktivində 29 xal olan “Everton” 4-cü yerdə qərarlaşıb.