23:02 30-12-2020
news_image
132
FUTBOL

“Barselona”da yeni müqavilə - Kumanın şans vermədiyi futbolçu ilə

İspaniyanın “Barselona” klubunun yarımmüdafiəçisi Riki Puçun taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, gənc yarımmüdafiəçi doğma komandasında qalmağı digər təkliflərdən üstün tutub.

Baş məşqçi Ronald Kuman tərəfindən intizamsızlıq səbəbindən oyunlarda şans verilməyən Puç buna baxmayaraq, gələcəyini hazırkı klubunda görür. 21 yaşlı orta sahə oyunçusu ilə aparılan ilkin danışıqda onun müqavilə müddətinin uzadılması razılaşdırılıb. Kataloniyalılar yarımmüdafiəçinin sözləşməsinin 2023-cü ilin yayına qədər artırılması maddəsini aktivləşdirəcək.

Qeyd edək ki, “Barselona” bu mövsüm La Liqada cəmi 2 matçda iştirak edən Puçu yanvarda icarəyə verməyi düşünmür.