12:37 31-12-2020
news_image
126
FUTBOL

“Böyük beşlik”də fərqləndi – “Mançester Yunayted”

“Böyük beşlik”də penaltidən ən çox qol vuran komandalar müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, 2020-ci ilin rekordu “Mançester Yunayted”ə məxsusdur.

İngiltərə təmsilçisi il ərzində 20 dəfə 11 metrlik nöqtədən fərqlənib. İtaliya “Yuventus”u 19 belə qola sevinib.

“Vilyarreal” (İspaniya) və “Latsio”nun (İtaliya) 14 qolu penaltidən vurulub. İlk “altılıq”da hərəyə 13 qol vuran “Çelsi” (İngiltərə) və “Roma” (İtaliya) da yer alıb.