14:17 31-12-2020
news_image
156
FUTBOL

Serxio Ramosu arxada qoydu – “Reyncers”in müdafiəçisi

2020-ci ilin ən məhsuldar müdafiəçilərinin siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) tərtib etdiyi cədvəldə il ərzində 10 və daha çox qol vuran futbolçular yer alıb.

Siyahıya Şotlandiyanın “Reyncers” klubunun ingiltərəli müdafiəçisi Ceyms Tavernyer başçılıq edir. Onun aktivində 17 top var. Ceyms Şotlandiya liqasında 11, kubokunda 1, avrokuboklarda 5 dəfə fərqlənib.

Serxio Ramos (İspaniya, “Real”) 2-ci, Məhəmməd Əziz (Mərakeş, “Berkan”) 3-cü, Murad Xalmuxamedov (Özbəkistan, “Bunedkor”) 4-cüdür. Onlar hərəyə 13 qola sevinib.

Qeyd edək ki, il ərzində yalnız 9 müdafiəçi 10 və ya daha çox qol vura bilib.