15:15 31-12-2020
news_image
121
FUTBOL

Almaniya klubu istəyir – “Arsenal”ın futbolçusunu

İngiltərənin “Arsenal” klubunun futbolçusu Sead Kolaşinats yenidən Almaniyada çıxış edə bilər.

Apasport.az saytının məlumatına görə, 27 yaşlı müdafiəçi “Şalke”nin maraq dairəsindədir.

Bundesliqanın autsayderi Bosniya və Herseqovinadan olan futbolçunu icarəyə götürmək istəyir. Helzenkirhenlilər sabiq müdafiəçisinin xidmətindən mövsümün sonunadək yararlanmaq niyyətindədir.

Qeyd edək ki, Kolaşinats 2012-17-ci illərdə “Şalke”də oynayıb.