12:06 01-01-2021
news_image
98
FUTBOL

“Mançester Siti” 100 milyon ayırdı – Keynə

İngiltərənin “Tottenhem” klubunun hücumçusu Harri Keyn mövsümün sonunda komandasını dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, “Mançester Siti” ulduz futbolçunun keçidində maraqlıdır.

“Şəhərlilər” gələn ilin yayında hücum xəttini məhz İngiltərə millisinin üzvü ilə gücləndirmək niyyətindədir. Baş məşqçi Pep Qvardiolanın da sərəncamında görmək istədiyi 27 yaşlı oyunçunun transferi üçün rəhbərlik 100 milyon avro ayırıb. Klub mövsümün sonunda londonlularla danışıqlara başlayacaq.

Qeyd edək ki, Harri Keynin “Tottenhem”lə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.