13:11 01-01-2021
news_image
135
FUTBOL

“Qalatasaray” istəyir – “Barselona”nın yarımmüdafiəçisini

İspaniyanın “Barselona” klubunun yarımmüdafiəçisi Karles Alenanın Türkiyəyə köçmək variantı yaranıb.

Apasport.az saytının məlumatına görə, “Qalatasaray” gənc oyunçunun transferində maraqlıdır.

“Cim-bom”un baş məşqçisi Fatih Terim oyunçunun icarəyə götürülməsi üçün rəhbərliyə təlimat verib. 22 yaşlı futbolçu özü də oyun şansı əldə etmədiyi üçün ayrılmaqda maraqlıdır. Ancaq onun keçidində həmçinin “Xetafe” maraqlıdır. Kataloniyalılar heyətə yeni oyunçu cəlb edərsə, qış fasiləsində Alenanın icarə əsasında gedişinə mane olmayacaq.

Qeyd edək ki, Karles Alena cari mövsüm La Liqada cəmi 2 matçda iştirak edib.