13:43 01-01-2021
news_image
108
FUTBOL

“Mançester Yunayted”in futbolçusu qərarını verdi – 1 illik müqavilə

İngiltərənin “Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Cessi Linqardın taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, 28 yaşlı pleymeyker komandada qalmağı üstün tutub.

İngiltərə millisinin üzvü “Real Sosyedad”, “Zenit”, “Monako”, “Vest Hem” kimi klubların diqqət mərkəzinə düşsə də, heç bir təklifi müsbət cavablandırmayıb. “Qırmızı şeytanlar” onunla danışıqdan sonra mövsümün sonuna qədər olan müqaviləsindəki 1 illik uzadılma bəndini aktivləşdirib.

Qeyd edək ki, “Mançester Yunayted”in yetirməsi olan Cessi Linqard 2011-ci ildən “mankunianlar”ın əsas komandasında çıxış edir. O, müxtəlif illərdə bir neçə kluba icarəyə verilib.