23:47 01-01-2021
news_image
104
FUTBOL

Messi zirvədə, Ronaldo “10-luq”dan kənarda - driblinq ustaları

CİES futbol observatoriyası 2020-ci ildə ən çox uğurlu driblinq edən futbolçuların siyahısını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, araşdırma Avropanın “Top-5” liqasındakı futbolçuları arasında aparılıb.

Siyahıya “Barselona”nın kapitanı Lionel Messi başçılıq edir. Argentinalı futbolçu 166 dəfə rəqiblərini məharətlə keçməyi bacarıb. Leonu “Vulverhempton”da çıxış edən Adama Traore izləyib. İlk “üçlüy”ü “Sassuolo”nun üzvü Jeremi Boqa qapayıb.

PSJ-nin lideri Neymar 5-ci sırada qərarlaşıbsa, “Yuventus”un qol silahı Kriştianu Ronaldo ilk “10-luğ”a düşə bilməyib.

Ən çox uğurlu driblinq edənlər:
1. Lionel Messi (“Barselona”) - 166 driblinq
2. Adama Traore (“Vulverhempton”) - 112
3. Jeremi Boqa ("Sassuolo") - 96
4. Allan Sen-Maksimen (“Nyukasl”) - 95
5-6. Neymar (PSJ) - 81
5-6. Vilfrid Zaha (“Kristal Pelas”) - 81
7. Andre-Frank Zambo-Anqissa (“Fulhem”) - 79
8. Lüdovik Blas (“Nant") - 78
9. Mateus Kunya (“Herta”) - 77
10. Nabil Fekir (“Betis”) - 76