00:00 02-01-2021
news_image
110
FUTBOL

"Top-5"də ən çox kobudluğa məruz qalan futbolçular – SİYAHI

2020-ci ildə Avropada ən çox kobudluğa məruz qalan futbolçular müəyyənləşib.
 
Apasport.az saytının məlumatına görə, CİES futbol observatoriyası qitənin “böyük beşlik” ölkələrində oynayan futbolçulara qarşı edilən qayda pozuntuları ilə bağlı araşdırma aparıb.

“Aston Villa”nın yarımmüdafiəçisi Cek Qriliş reytinqə başçılıq edir. İngiltərəli oyunçu rəqiblər tərəfindən 139 dəfə kobudluqla dayandırılıb. Son illərin ən məşhur futbolçularından yalnız “Barselona”nın kapitanı Lionel Messi ilk “10-luğ”a düşə bilib. Argentinalı 90 dəfə cərimə zərbəsi qazanmaqla 5-ci sırada yer alıb.

İlk “10-luq”:
1. Cek Qriliş (“Aston Villa”) - 139
2. Andrea Belotti (“Torino”) - 112
3. Nabil Fekir (“Betis”) - 96
4. Rafinya Alkantara (PSJ / “Selta”) - 94
5. Lionel Messi (“Barselona”) - 90
6. Vilfrid Zaha (“Kristal Pelas”) - 89
7-8. Emerson Aparesido (“Betis”)
7-8. Rodriqo de Paul (“Udineze”) - 88
9. Mattia Zakkani ("Verona") - 84
10. Ancelo Füljeni (“Anje”) - 83