10:12 02-01-2021
news_image
78
FUTBOL

Yeni rekordçu – “Mançester Yunayted”də

David de Xea İngiltərənin “Mançester Yunayted” klubunun tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, ispaniyalı qapıçı Premyer Liqa təmsilçisinin heyətində keçirdiyi oyun sayında rekord vurub.

De Xea böyük britaniyalı olmayan futbolçular arasında ən yüksək göstəriciyə imza atıb. “Aston Villa” ilə qarşılaşma (2:1) qolkiper üçün 327-ci olub.

David Roy Kinin rekordunu arxada qoyub. 326 oyuna çıxan irlandiyalı rekorda 15 il əvvəl nail olmuşdu.