13:23 02-01-2021
news_image
151
FUTBOL

Levandovski hamını qabaqladı – “Top-10”da üç “Bavariya”lı

İspaniyanın “Marka” nəşri 2020-ci ilin ən yaxşı 10 futbolçusunun siyahısını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, pireneylilər Robert Levandovskini ilin ən yaxşısı hesab edib.

Polşa millisinin və Almaniya “Bavariya”sının hücumçusu izləyicilərini arxada qoyub. Münhen təmsilçisi “onluq”da daha çox – 3 futbolçu ilə təmsil olunub. PSJ və “Real”ın hərəsinin iki üzvü ən yaxşılar sırasında yer alıb.

1. Robert Levandovski (“Bavariya”)
2. Coşua Kimmix (“Bavariya”)
3. Killian Mbappe (PSJ)
4. Serxio Ramos (“Real”)
5. Kriştano Ronaldo (“Yuventus”)
6. Neymar (PSJ)
7. Kərim Benzema (“Real”)
8. Manuel Noyer (“Bavariya”)
9. Erlinq Haland (“Borussiya” D)
10. Lionel Messi (“Barselona”)