14:19 02-01-2021
news_image
236
FUTBOL

3 illik müqavilə təklifi - “Everton”dan

İngiltərənin “Everton” klubu qapıçı transferi ilə bağlı danışıqlara başlayıb.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi İtaliya “Roma”sından icarəyə götürdüyü Robin Olsenin keçidini həll etməyə yaxındır.

Liverpullular isveçli qolkiper üçün 6,5 milyon avro ödəməyə hazırdır. “Everton” rəhbərliyi icarə əsasında komandada özünü yaxşı tərəfdən göstərən Olsenin çıxışından razı qalıb. Qolkiperin özünə 3 illik müqavilə təklif edib.

Qeyd edək ki, Robin cari mövsümdə “Everton”da 3 oyun keçirib.