22:39 02-01-2021
news_image
86
FUTBOL

2020-ci ilin intizamsızı – 4 qırmızı

2020-ci ilin ən intizamsız futbolçusu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ötən il ərzində ölkə çempionatının yüksək liqasında ən çox qırmızı vərəqə alan futbolçunun adını açıqlayıb.

Kolumbiyalı Yohan Lendro Aranqo ilin rekordçusu olub. Peru çempionatında “Deportivo Binasional”ın şərəfini qoruyan 29 yaşlı yarımmüdafiəçi 4 dəfə meydandan qovulub.

28 matça çıxan Aranqo orta hesabla hər 7 oyundan bir qırmızı vərəqə görüb. O, fevralın 3-də “Kusko” (2:0) ilə qarşılaşmada “siftə”sini edib. 

Payızda isə Yohan 43 gündə üç dəfə cəzalanıb. Sentyabrın 1-də “Universidad San Martin” (0:0), oktyabrın 3-də “Deportivo Munisipal” (1:3), 13-də “Sport Huançayo” (0:1) ilə qarşılaşmada kolumbiyalı meydanı vaxtından tez tərk edib.