23:06 02-01-2021
news_image
99
FUTBOL

“Real”la “Atletiko”ya təklif olundu - Eriksen

İtaliyanın “İnter” klubu futbolçusu Kristian Eriksenə müştəri axtarır.

Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi yarımmüdafiəçini iki kluba təklif edib.

Transferdən yaxşı qazanmaq niyyətində olan milanlılar Erikseni İspaniya klubları “Real” və “Atletiko”ya satmaq istəyir. Lakin koronavirus pandemiyasına görə maliyyə durumu idealdan uzaq olan Madrid təmsilçilərinin bu təklifi qəbul etməsi inandırıcı görünmür.

Qeyd edək ki, Kristian cari mövsüm A seriyasında 8 oyun keçirib.